XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2020 - 08:40

Emomali Rəhmon:"Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır"

Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır.

Azərtac Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu haqda fikirlərini ölkənin Prezidenti Emomali Rəhmon parlamentə illik müraciətində səsləndirib.

Dövlət başçısı deyib ki, ölkədə kitab oxuyanların faizi, həmçinin kitab satışı xeyli aşağı düşüb və bu, narahatlıq doğurur.

Emomali Rəhmon əlaqəli təşkilatlara əhalinin mənəviyyatının yüksəldilməsi üçün bədii ədəbiyyatın çapını artırmağı, kitabxanaların yenidən qurulmasını və yeni çap edilən bədii ədəbiyyatla təmin olunmasını tapşırıb. Prezident deyib ki, bu məsələ çox ciddi şəkildə nəzarətə götürüləcək.

Emomali Rəhmon vurğulayıb ki, tacik xalqının tarixini dərindən öyrənmək məqsədilə Prezident Fondunun vəsaiti hesabına ölkədəki hər ailə akademik Babacan Qafurovun “Taciklər” tarixi kitabını pulsuz əldə edəcəklər.