XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2020 - 21:11

Ötən il Ukraynada 24 nəfər dövlətə xəyanətə görə həbs edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2019-cu ildə 90 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

AZƏRTAC xidmətin saytına istinadla məlumat verir ki, bunlardan 24-ü dövlətə xəyanətdə, 35-i isə terrorçuluq hərəkətlərinə görə ittiham edilib.

Məlumata görə, hesabat ilində UTX 239 cinayət işi açıb, bunlardan 57-si dövlətə xəyanət, 7-si isə casusluğa görə ittiham edilib.