XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2020 - 09:00

Yeni il gecəsi ABŞ-da baş verən atışmalarda azı 10 nəfər öldürülüb –KİV

Yeni il gecəsi ABŞ şəhərlərində baş verən atışmalarda azı 10 nəfər həlak olub.

Bu barədə “USA Today” məlumat yayıb.

Qəzetin məlumatına görə, atışma əsasən barlarda və gecə klublarında olub. Belə, iki nəfər Orlandoda (Florida ştatı) gecə klubunda bayram şənliyinin gedişatında baş verən atışma vaxtı həlak olub. Daha iki nəfər Texasdakı klubda öldürülüb.

Həmçinin bir neçə nəfər də Sent-Luis şəhərində (Missuri ştatı) və Filadelfiyada (Pensilvaniya ştatı) həlak olub. Bununla yanaşı, yeddi nəfər Virciniya ştatının barında silahlı insident nəticəsində zərər çəkib.

Daha əvvəl “USA Today” nəşri bildirib ki, ABŞ-da 2019-cu il ərzində 40-dan çox kütləvi qətl törədilib. Bu, 50 il ərzində rekord göstəricidir. (report)