XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 10:05

Türkiyədə 5 İES bağlanıb –Ekoloji təmizliyi qorumaq məqsədilə

Türkiyədə beş İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti dayandırılıb, birinin çalışma gücü müəyyən qədər aşağı salınıb.

“Anadolu” agentliyi xəbər verir ki, hökumətin bu tədbiri ekoloji təmizliyi qorumaq üçün nəzərdə tutulub. Bildirilir ki, fəaliyyəti nisbətən azaldılan İES Soma bölgəsində yerləşir. Bu stansiya sayəsində 12 min bina itiliklə təmin olunur. Ona görə də, onun fəaliyyəti qış mövsümü davam etdirəcək.

Qeyd edək ki, Türkiyədə İES-in əksəriyyəti sərv olunan yanacağın tullantılarını filtrsiz olaraq atmosferə buraxır.

Ətraf mühit və şəhərsalma naziri Murad Kurum açıqlamasında bildirib ki, çalışması dayandırlan İES-lər tələb olunan texniki şərtləri yerinə yetirəndən sonra fəaliyyət göstərə biləcəklər.