XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 10:38

Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ABŞ liderinin impiçmenti ilə bağlı təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib.

Bu barədə ABC telekanalı bildirib.

Culiani Floridada ABŞ prezidentinin malikanəsində jurnalistlərlə söhbətində deyib: “Mən ifadə verərdim”.

Vəkil həmçinin bu prosesdə ABŞ liderinin maraqlarını təqdim etməyə hazırlığını ifadə edib.

Culiani fərz edir ki, Trampın hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istəyən siyasi rəqiblərinə də qarşı ittihamlar irəli sürmək mümkün olardı. “Mən məmnuniyyətlə bu işlə məşğul olardım”, – vəkil deyib. (Report)