XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 11:23

Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb –KİV

Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb.

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Fələstinin Şəhid Ailələri Milli Cəmiyyətinin xəbərində deyilir.

Qeyd edilir ki, öldürülənlər arasında 33 uşaq və 12 qadın da var.

Təşkilatın məlumatına görə, həlak olmuş 112 fələstinli Qəzza sektorunun sakini olub. Daha 37 fələstinli İordan çayının işğal edilmiş qərb sahilində, 69 nəfər isə İsrailin Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olub.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza sektorunda və İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.