XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 15:36

“Yuventus” Ronaldu ilə müqaviləni uzatmaq istəyir –KİV

İtaliyanın “Yuventus” klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.

“Corriere dello Sport” xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçunun meneceri Jorje Mendeş dekabrın 29-da Turin klubunun nümayəndələri ilə danışıqlar aparıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun mövcud sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, İtaliya klubunda illik təxminən 35 milyon avro qazanır. (report)