XƏBƏR LENTİ

03 Mart 2021
02 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2020 - 17:00

Almaniyada zoopark yandı:onlarla nadir meymun tələf oldu - (FOTO)

Almaniyanın Krefeld şəhərində zooparkda baş vermiş yanğın nəticəsində 30 meymun tələf olub.

Yanğın 2000 kvadratmetrlik ərazini əhatə edib.

Hadisə nəticəsində nadir oranqutanlar, şimpanzelər tələf olub. Yaxınlıqda olan qorillalara ziyan dəymədiyi deyilir.

İlkin ehtimallara əsasən, yanğına arzu tutmaq üçün havaya buraxılan şarlar səbəb olub. Polis hadisə yerində içərisində şamlar olan 3 şar tapıb. /Trend.az