XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 16:28

İsrail, Yunanıstan və Kipr yeni qaz boru xəttinin təməlini qoydu –Afinada imzalama mərasimi

Yunanıstan, İsrail və Kipr yəhudi və ada dövlətin qazının Avropaya nəql edilməsi üçün 1900 kilometrlik boru kəmərinin əsasını təşkil edəcək üçtərəfli müqavilə imzalayıb.

Strateq.az “Euronews”-a istinadla xəbər verir ki, üç ölkənin lideri Yunanıstanın paytaxtı Afinada Şərqi Aralıq dənizinin qısaltması olan “EastMed” adlı təbii qaz boru kəməri ilə əlaqədar razılaşma üçün bir araya gəlib.

Mərasimdə İsrail baş naziri Binyamin Netanyahu, Kipr prezident Nikos Anastasiades və Yunanıstan baş naziri Kiriakos Midzotakis iştirak ediblər.

İtaliyanın baş naziri Cuzeppe Konte müqaviləni daha sonra imzalayacağını söyləyib.

Yunanıstan enerji naziri Kostis Hatzidakis boru xətti razılaşmasının Türkiyəyə mesaj göndərmək deyil, enerji sektorunda regional səviyyədə əməkdaşlığı genişləndirmə məqsədli olduğunu bildirib.

Kipr, Yunanıstan və İsrail arasındakı üç tərəfli müqavilə Rusiya qazına alternativ sayılır.

Avropa və ABŞ-dan olan bəzi səlahiyyətlilər razılaşmanı dəstəkləyən açıqlamalar veriblər.

Bu arada, üç ölkənin razılaşması Türkiyə ilə Liviya arasında imzalanan iki sazişdən sonra imzalanıb.

Misirlə yanaşı, hər üç ölkənin rəhbərliyi Ankara və Tripolinin Şərqi Aralıq dənizindəki razılaşmalarına qarşı çıxır.

Bu yaxınlarda üç ölkə liderlərinin danışıqları güclənib.

Afinadakı görüş 3 liderin 7-ci təmasıdır.