XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 20:15

Fransada dəmiryolçuların tətil müddəti rekord vurdu:29 gün

Fransada dəmir yolu işçilərinin ölkədə hökumətinin pensiya islahatları planlarına qarşı keçirdiyi tətil davam edir.

Fransa ərazisində sözügedən tətil ötən ilin dekabrın 5-də başlayıb və bu gün artıq 29-cu gündür ki, tətil davam edir. Bu, 1986-1987-ci illərdə dəmir yolu işçilərinin keçirdiyi tətil müddətini üstələyib. Belə ki, sözügedən illərdə tətil 28 gün davam etmişdi.

Bu tətil, eyni zamanda, dəmir yolu işçilərinin 1968-ci ilin mayından etibarən ən uzun etiraz aksiyası hesab olunur.

Qeyd edək ki, dekabr tətili Katolik Milad və Yeni il bayramı dövründə Parisdə və bütün ölkədə metro və qatarların işinə təsir edib. Dəmir yollarını idarə edən SNCF dövlət müəssisəsi cümə axşamı Fransada sürət qatarlarının yarısının marşrut xəttinə çıxmadığını bildirib.

Cümə axşamı Paris metrosunda adi rejimdə yalnız iki avtomatlaşdırılmış xətt fəaliyyət göstərir. Qalan qatarlar fasilələrlə hərəkət edir və ya ümumiyyətlə xəttə çıxmır.

Xatırladaq ki, yanvarın 7-də Fransa hakimiyyəti ilə tətil təşkil edən həmkarlar ittifaqları arasında növbəti danışıqlar keçiriləcək. /APA