XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 21:15

Hillari Klinton rektor seçildi –Kvins Universitetinə rəhbərlik edəcək

ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru olub.

O, 5 il müddətinə sözügedən  ali təhsil müəssisəsinə rəhbərlik edəcək.

Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.

Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib. /APA