Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə jurnalistlərə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
“Danışıqlar zamanı prezidentlər regional problemləri, ilk növbədə Liviya və Suriyadakı son hadisələri müzakirə ediblər”, – deyə, Administrasiyada vurğulayıblar. /APA