XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 11:39

Nikolas Maduro:"Nefti petro vasitəsilə satacağıq"

“Venesuela neftini və qızılın bir hissəsini milli petro kriptovalyutası ilə satacaq”.

“El Nacional” xəbər verir ki, bu barədə ötən gün ölkənin Prezidenti Nikolas Maduro bildirib.

O deyib ki, Venesuela neftini petro ilə satacaq: “İndi Venesuelanın dəmirini, poladını petroya satırıq. Hazırda neft, polad, dəmir, alüminium ilə bağlı satış müqavilələrimiz var, hasil etdiyimiz qızılın da bir hissəsini petroya satacağıq”.

Yerli kriptovalyutanı xalqın gündəlik həyatında uğurla tətbiq etdiklərini diqqətə çatdıran dövlət başçısı ötən ilin dekabr ayının təqaüdlərini, metro işçilərinin müavinətlərini məhz petro ilə köçürdüklərini söyləyib: “Sınaqlar uğurlu keçir”.

Qeyd edək ki, Prezident N.Maduro milli kriptovalyutanın tədavülə buraxıldığını 2017-ci ilin oktyabr ayında elan etmişdi. 2018-ci il fevralın 20-dən satılan petronun qiyməti ölkədə hasil olunan neftin bir barelinin qiymətinə bağlıdır. (Report)