İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) general Qasim Süleymaninin öldürülməsi ilə bağlı bəyanat yayıb.
Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, bəyanatda “Bağdad hava limanı yaxınlığında, ABŞ əsgərləri və terrorçu qüvvələri İslam ümmətinin komandanı Hacı Qasim Süleymani”nin öldürülməsi ilə əlaqədar başsağlığı verilib.
Bəyanatda İİKK-nin şəhid cənazələrinin qarşılanması və dəfn mərasimləri haqqında məlumat və proqramların ictimaiyyətə paylaşılacağı bildirilir.
Bu bəyanatın ardınca “Sepah”ın 2-ci açıqlaması dərc edilib.
Sənəddə “şəhid Hacı Qasim Süleymaninin işinin davam ediləcəy”i bildirilib. “İslam Müqavimət Cəbhəsi əvvəllər olduğundan daha yüksək əzmlə səylərini davam etdirəcək və İslam ümmətinin düşmənlərinə, xüsusən Amerikanın terrorçu hökuməti və qondarma sionist rejim”dən intiqam alınacağı qeyd olunub.