XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 10:51

Həsən Ruhani:"Cinayətkar Amerikadan qisas alınacağına şübhə yoxdur"

İran prezidenti Həsən Ruhani İİKK-nin “Qüds” qüvvələrinin komandanı general Qasim Süleymaninin ölümü ilə əlaqədar başsağlığı bəyanatı yayıb.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, prezident Ruhani qeyd edib: “Bu qorxaq və xəbis hərəkət, əlbəttə, Amerikanın bölgədəki məyusluğunu və çarəsizliyini göstərir. O, bütün bəşər haqlarını və beynəlxalq hüququ ən qeyri-insani vəhşiliklə pozmanın bir əlamətidir”.

Həsən Ruhani daha  sonra yazıb: “Əminəm ki, bu şəhidin ləyaqət və agahlıq bayrağı böyük İslam ordusu tərəfindən qaldırılacaq, şərəfli fədakarlıq və müqavimət yolu davam edəcək. Böyük İran xalqının və bölgənin digər azad millətlərinin bu dəhşətli cinayətə görə cinayətkar Amerikadan qisas alacağına şübhə yoxdur”.

“Bu vəhşi hərəkəti pisləyirəm”, – deyən Həsən Ruhani mərhum generalın bölgədə terror və ekstremizmə qarşı mübarizəsinin həmişə xatırlanacağını qeyd edib.

Bəyanatın sonunda deyilir: “İran xalqına, İnqilab Keşikçiləri Korpusuna və şəhidin yaxınlarına, xüsusən əziz ailəsinə başsağlığı verirəm”.