ABŞ dövlət katibi Mayk Pompeo “Tvitter” səhifəsində “bayramı qeyd edən iraqlıların videosu”nu paylaşıb.
Strateq.az CNN-ə istinadla xəbər verir ki, Pompeo küçədə nəhəng İraq bayrağını daşıyan iraqlıların görüntülərini bayram əhval-ruhiyyəsi kimi qələmə verib.
“İraqlılar İraqın azadlığı naminə küçədə rəqs edirlər. Onlar general Süleymaninin yox olduğuna şükür edirlər”, – deyə dövlət katibi şərhində qeyd edib.