XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 11:43

Bağdaddakı hərbi əməliyyatdan Konqres xəbərdar edilməyib –Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri

Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin həlak olduğu raket zərbəsi ilə bağlı ABŞ Konqresi əvvəlcədən xəbərdar edilməyib.

Bu barədə Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, Demokrat Partiyası təmsilçisi Eliot Ancelin açıqlamasında bildirilir.

Qeyd olunub ki, bu zərbə Konqresdən xəbərsiz və Konqreslə razılaşdırmadan həyata keçirilib: “Bu kimi ciddi məsələlərin Konqresi cəlb etmədən həyata keçirilməsi hüquqi cəhətdən suallar doğurur, hakimiyyətin bərabər qolu olaraq Konqresin səlahiyyətlərinə qarşı etinasızlıqdır”.

Komitə sədri həmçinin bu əməliyyat hərbçilər dediyi kimi, müdafiə məqsədi ilə həyata keçirilsə belə qanuna görə Konqresin prezident tərəfindən 48 saat əvvəldən xəbərdar edilməsinin vacib olduğunu vurğulayıb: “Qanunla nəzərdə tutulan belə xəbərdarlıq prezidentin Birləşmiş Ştatları düşünülməmiş şəkildə müharibəyə sürükləməməsi üçündür. Həmçinin biz administrasiyanın ali nümayəndələri tərəfindən əməliyyatın özü barədə, həmçinin onun fəsadlarını necə aradan qaldırmağı düşündükləri barədə dərhal izahat almalıyıq”. (Report)