XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 13:35

“Hacı Qasimin qanının hər damlasından minlərlə digər cəsur komandir yetişəcək” –Mahmud Vaezi

İran Prezidenti Aparatının rəhbəri Qasim Süleymaninin axıdılan qanının hər damlasında minlərlə daha cəsarətli komandirin yetişəcəyini və İranın yalqız qalmayacağını vurğulayıb.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, Prezident Aparatının rəhbəri Mahmud Vaezi general Qasim Süleymaninin ölümü ilə bağlı “İnstaqram” səhifəsində yazıb: “İranın və İslam dünyasının qürurlu komandanının şəhadəti, özünün çoxdankı arzusu olsa da, bütün iranlıları matəmə boğdu və 3 yanvar hadisəsi qan yaddaşımıza həkk olundu. General-leytenant Qasim Süleymani həm Müqəddəs Müdafiə illərində, həm də terrorizmlə mübarizə apardığınız illərdə ömrünü İranın təhlükəsizliyinə, ərazi bütövlüyünə və inqilabın ideallarına sərf edib. Bütün həyatı boyu qara qüvvələrə qarşı cəsarətlə, mərdanə vuruşub və bu gün şəhid olub”.

Vaezi qeydinin davamında yazıb: “Yalnız əzabkeş İran xalqı deyil, bölgədəki bütün məzlum insanlar onun istəklərini unutmayacaqlar. Adı çoxdan milli qəhrəmanlar və ölkənin böyük müdafiəçisi siyahısında idi, ancaq bu gündən daha gur parlayacaq. Dünənə qədər Süleymaninin adından belə qorxan terrorçular və muzdlular hələ də rahatlıq tapmayacaqlar. Hacı Qasimin qanının hər damlasından minlərlə digər cəsur komandir yetişəcək və İran yalqız  qalmayacaq. Allah yolunda mücahilə edənlərin silsiləsi qurumayacaq və tükənməyəcək. Bu, ilahi vəddir”.