XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 14:28

Ayətullah Sistanidən mühüm bəyanat –Son hadisələrlə bağlı

Ayətullahül-Üzma Seyyid Sistani İraqdakı son hadisələr, o cümlədən “Haşdi Şəabi” bazasına hücumlar, Bağdaddakı təlatümlər, general Süleymani, Əbumehdi əl-Mühəndis və bir sıra digərlər şəxslərə ABŞ-ın gecə həmləsi ilə bağlı mühüm açıqlamalar verib.

Strateq.az “Shafagna”-ya istinadla xəbər verir ki, bəyanatda ABŞ-ın hücumu “vəhşi”, öldürülənlər isə “İŞİD üzərində qələbələnin qəhrəmanları” kimi səciyyələndirilib.

Cümə namazı xütbələrində açıqlanan bəyanatda “Haşdi Şəabi” hərbi bazalarına həmlədən sonra baş vermiş hadisələrlə bağlı qeyd olunur: “Sonrakı günlərdə Bağdadın şahidi olduğu bədbəxt hadisələr və dünən gecə Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında vəhşicəsinə hücum, İŞİD terrorçularını məğlub etmək üçün döyüşən bir sıra qəhrəmanların şəhadəti ilə nəticələnib. Hücum İraqın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bütün bu və digər hadisələr ölkənin çox çətin bir vəziyyətlə üz-üzə qalması barədə xəbərdarlıqdır.

Biz maraqlı tərəfləri özünə hakim olmağa və hikmətə dəvət edir və Uca Allaha sığınırıq, Allahdan İraqı və xalqını düşmənlərin və allahsızların şərindən uzaq saxlamasını diləyirik”.