ABŞ-ın keçmiş milli təhlükəsizlik məsləhətçisi Con Bolton general Qasim Süleymaniyə sui-qəsd planın uzun müddətdir ki, planlaşdırıldığını bildirib.
Strateq.az xəbər verir ki, bunu Con Bolton özünün “Tvitter”dəki akkauntunda qeyd edib.
Bolton əməliyyatdan məmnunluğunu ifadə edərək, onun çoxdan planlandığını və bunun İnqilab Keşikçiləri “Qüds” Qüvvələrinin qlobal davranışına cavab olduğunu söyləyib.