XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 18:31

Beynəlxalq bazarlarda qiymətli metalların dəyəri artıb

ABŞ-ın hava hücumu nəticəsində İranlı general Qasım Süleymaninin öldürülməsi və gərginliyin artması fonunda investorlar “Təhlükəsiz liman” kimi qızıla yönəlməsi ilə bu qiymətli metalın dəyəri 6 illik maksimumu yeniləyib.

Beynəlxalq bazarlarda qızılın 1 unsiyasının qiyməti 1,4% artaraq 1 550,43 dollar səviyyəsinə qalxıb.

Məlumata görə, digər qiymətli metallardan platinin qiyməti 1,7% artaraq 1 unsiyası üçün 1 001,40 dollar, gümüşün qiyməti 1% artaraq 18,1977 dollar, palladiumun qiymətində isə cuzi artım qeydə alınıb. Bundan başqa Çin yuanı və ABŞ xəzinə istiqrazlarının da dəyəri artıb.

Qeyd edək ki, qızılın qiməti 2019-cu ildə 18% artıb. Bu ildə qızılın qiymətinin artmasını proqnozlaşdıran “Goldman Sachs Group Inc”, “Citigroup Inc.” və “UBS Group AG” kimi investisiya bankları bu metalın qiymətini 1 unsiyası üçün 1 600 dollar səviyyəsində proqnozlaşdırırlar. (Report)