XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 19:11

“Tramp qətiyyətli davrandığı üçün hörmətə layiqdir” –Netanyahu

“ABŞ da İsrail kimi özünümüdafiə hüququna malikdir”.

Bunu İsrailin Baş Naziri Binyamin Netanyahu deyib.

“Qasım Süleymani Amerika vətəndaşlarının və bir çox digər günahsız insanların ölümündə məsuliyyət daşıyır. O, daha çox belə hücumları planlaşdırırdı. Prezident Donald Tramp cəld, güclü və qətiyyətli davrandığı üçün hörmətə layiqdir. İsrail ABŞ-ın sülh, təhlükəsizlik və özünümüdafiə uğrunda ədalətli mübarizəsində onun yanındadır”,- deyə İsrailin Baş Naziri qeyd edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. (apa)