XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2020 - 20:32

General Süleymaninin ölümündən sonra London birjasının əsas indeksi azalıb

Londonun FTSE-100 fond birjasının əsas indeksi Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində “Sepah”ın yüksək rütbəli zabitlərindən olan general Qasım Süleymaninin ölməsi barədə xəbər gəldikdən sonra 0,35 faiz azalaraq 7576 bəndə düşüb.

TASS xəbər verir ki, eyni zamanda “Brent markalı neftin qiyməti 4 faiz artaraq 69 dollara çatsa da, bir neçə saat sonra 68,5 dollar səviyyəsinə düşüb.

Bundan əvvəl Pentaqon tərəfindən ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında Bağdad hava limanı yaxınlığında endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi hərbi birləşməsi olan “Qüds”ün komandiri Qasım Süleymaninin öldürüldüyünü açıqlanmışdı.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi üçgünlük milli matəm elan edərək, bu qətldə əli olanlara cəza verəcəklərini bildirib. (Report)