Bu gün Fransa prezidenti Emmanuel Makron ABŞ-ın raket hücumu nəticəsində İran generalı Qasim Süleymaninin öldürülməsi ilə əlaqədar Rusiya lideri Vladimir Putinə zəng edib.
Strateq.az “MK”-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Hər iki tərəfdə narahatlıq ifadə edib”.
Açıqlamada qeyd olunur ki, prezidentlər bu hərəkəti bölgədəki vəziyyəti ciddi şəkildə gərginləşdirməyə qadir hadisə kimi qiymətləndiriblər.