XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 10:01

Amsterdam turistlər üçün yeni vergi tətbiq edib- Detallar

2020-ci ildən Amsterdamdakı turistlər qaldıqları hər gecə üçün əlavə 3 avro ödəməli olacaqlar.

APA xəbər verir ki, bu barədə  “The Telegraph” yazıb.

Məlumata görə, yanvarın 1-dən mənzil dəyərinin 7%-i miqdarında mövcud dərəcəyə əlavə kimi yeni vergi tətbiq olunub. Eyni zamanda, “Airbnb” vasitəsi ilə sifariş vermək istəyən turistlər artıq daha çox – hər gecə üçün 10% ödəməli olacaqlar.

Hər il 1,1 milyon insanın yaşadığı Amsterdama 17 milyon turist gəlir. Rəsmilər son vaxtlar Niderland paytaxtına qonaqlar cəlb etmək strategiyasından uzaqlaşıb və mövcud ziyarətçi axınının öhdəsindən gəlməyə çalışır.