XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 12:27

ABŞ İrana bağlı şiə qruplaşmasını terror təşkilatları siyahısına salıb- Açıqlama

ABŞ Dövlət katibi Mayk Pompeo “Əsaib Əxl əl-Hakk” hərbiləşdirilmiş şiə qruplaşmasını ABŞ-ın tərtib etdiyi xarici terror təşkilatları siyahısına əlavə edib, onun iki liderini isə xarici terrorçu kimi tanıyıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

“Əsaib Əxl əl-Hakk” və onun liderləri amansız qüvvələrdir və İran tərəfindən nəzarət olunur. Özlərinin Tehrandakı ağaları adından hərəkət edirlər, onlar güc və terrordan İran rejiminin İraqın suverenliyini pozmaq cəhdlərini dəstəkləmək üçün istifadə edirlər”, – deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.

Dövlət Departamentinin fikrinə görə, “Əsaib Əxl əl-Hakk” “yaradıldığı 2006-cı ildən bəri 6 mindən çox ABŞ və koalisiya qüvvələrinə hücumlara məsuliyyəti öz üzərinə götürüb”. Ötən ilin dekabrında ABŞ-ın Maliyyə Nazirliyi sözügedən qruplaşmaya və onun liderlərinə qarşı sanksiya tətbiq edib.