XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2020 - 14:30

İran və ABŞ arasında məktub mübadiləsi olub

İran və ABŞ arasında məktub mübadiləsi olub.

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı deyib.

İranın BMT-dəki səfiri İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsini “qanunsuz hərəkət” və “təcavüzkar akt” adlandırıb.

Tramp Administrasiyasının dialoqa inanmadığını qeyd edən Məcid Taxt-Rəvançı buna baxmayaraq, Q. Süleymaninin ölümündən sonra ABŞ və İran arasında İsveçrə səfirliyi vasitəsilə ilə məktub mübadiləsi olduğunu deyib.

İranlı rəsmi bu məktubların detallarını açıqlamaqdan imtina edib. O əlavə edib ki, Q. Süleymaninin öldürülməsinə rəsmi Tehran “sərt qisas”la cavab verəcək.