XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2020 - 14:41

Britaniya vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb- Açıqlama

Böyük Britaniya öz vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

“Regionda artan gərginliyi nəzərə alaraq, vətəndaşlara İraqın Kürdüstan bölgəsi istisna olmaqla, bu ölkəyə səyahət etməməyi və mümkün qədər İrana səfər etməkdən çəkinməyi tövsiyə edirik”, – deyə Britaniyanın Xarici Siyasət Ofisinin rəhbəri qeyd edib.