Xarici İşlər naziri Sergey Lavrov və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dəki mənbə bildirib.
“Cənab nazirimiz və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər Suriya, Liviya və İraqdakı vəziyyəti müzakirə ediblər. Bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar”, – diplomatik mənbə deyib.