XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2020 - 20:10

Rusiya və İranın Xarici İşlər nazirləri telefonla danışıb

Rusiya və İranın Xarici İşlər nazirləri Sergey Lavrovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Lavrov iranlı həmkarına general Qasım Süleymaninin ABŞ hərbi qüvvələri tərəfindən raket hücumu nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

Nazirlər qeyd ediblər ki, ABŞ-ın fəaliyyəti beynəlxalq hüquq normalarının əsas prinsiplərinin kobud pozulmasıdır və bu, Yaxın Şərqdəki çətin problemlərin çözülməsinə kömək etmir, əksinə regionda gərginliyin eskalasiyasını yeni raunda aparır.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.