XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2020 - 22:47

Gürcüstan XİN:"Qarşıdurmanı azaltmaq üçün diplomatiyanın vaxtıdır”

Gürcüstanın Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında yaranmış gərgin vəziyyətdən narahatçılıq ifadə edib.

Bu barədə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani məsələ ilə əlaqədar özünün “Twitter” səhifəsində yazıb.

Bildirib ki, Gürcüstan ABŞ-ın Bağdaddakı Səfirliyinə yönəlmiş təxribatçı hücumu qınayır: “ABŞ-ın öz vətəndaşlarının təhlükəsizliyini qoruması onun legitim haqqıdır”.

Qeyd edək ki, D.Zalkaliani bundan əvvəl özünün “Twitter” səhifəsində İraqın paytaxtı Bağdaddakı hadisələrə münasibət bildirib. Gürcüstan XİN rəhbəri, İraqdakı zorakılıqdan narahatlıq duyduğunu ifadə edib, ABŞ-ın Bağdaddakı Səfirliyinə edilən son hücumu pisləyib.

Bütün problemlərin diplomatik yolla həllinin vacibliyini vurğulayıb nazir yazıb: “Vəziyyəti sabitləşdirmək və qarşıdurmanı azaltmaq üçün diplomatiyanın vaxtıdır”(azərtac).