XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 09:00

Almaniya XİN:"İranla birbaşa danışıqlar aparacağıq"

Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın hava hücumundan sonra İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra yaranan gərginliyi azaltmaq üçün İranla birbaşa danışıqlar aparacağını deyib.

O bildirib ki, yaxın günlərdə vəziyyətin daha da kəskinləşməməsi üçün BMT-də, Aİ-də və bölgədəki tərəfdaşlarımızla, o cümlədən İranla danışıqlarda əlindən gələni əsirgəməyəcək.

Maas “Sonntag” qəzetinə açıqlamasında deyib ki, ingilis və fransız həmkarları ilə Avropa Birliyinin xarici işlər naziri Xosep Borrell və ABŞ Dövlət katibi Mayk Pompeo ilə sıx əlaqədədir.

Bölgədəki gərginliyin artmasına baxmayaraq, Maas ABŞ-ın rəhbərliyi çərçivəsində Almaniyanın İraqda təxminən 120 əsgər yerləşdirməsini davam etdirmək istədiklərini söyləyib: “İŞİD-lə mübarizə Almaniyanın maraq dairəsindədir və qalmaqdadır”.  /APA