Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar yalnız Minsk razılaşmasına əməl olunacağı təqdirdə ləğv ediləcək.
Strateq.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Soçidə keçirdiyi görüşlərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ukraynada hələ ki möhkəm sülh yoxdur. Kerri həmçinin siyasi məhbusları, o cümlədən Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsinə çağırıb.