XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2020 - 10:40

General Süleymaninin ölürülməsi fonunda müharibə əleyhinə mitinq keçirilib –Nyu-Yorkda

ABŞ-ın Nyu-York şəhərində ictimai təşkilatların, habelə veteranların, dini konfensiya nümayəndələrinin iştirakı ilə əllərində İran bayraqları və öldürülən iranlı generalın portreti olan yüzlərlə insan müharibə əleyhinə şüarlar səsləndirib.

Oxşar aksiyalar bu gün ABŞ-ın bir sıra şəhərlərində də keçirilib.

“Durmalıyıq. Bu qədər müharibələrə başladıq. Bir gün tarazlıq qanunu işləyəcək və bir cavab alacağıq” – deyə, Cennifer adlı yürüş iştirakçısı etirazını bildirib.

O, generalın öldürülməsinə İranın cavab verə biləcəyindən qorxduğunu etiraf edib.

“Artıq pulumuz yoxdur. Mən doğulduğum zamandan Yaxın Şərqdə vuruşuruq. Biz ata Buş, Klinton, oğul Buş, Obama və nəhayət Trampın rəhbərliyi altında döyüşdük. Müharibənin gətirdiyi ölüm və dağıntıları gördük. Biz sülh tərəfdarıyıq”, – digər etirazçı bildirib. /APA