XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 17:09

İRAN PARLAMENTİNİN SƏDRİNDƏN TRAMP VƏ DÜNYAYA MÜRACİƏT: "Tramp, ABŞ əsgərlərini bölgədən çək"

İran parlamentinin sədri Əli Laricani general Süleymaninin öldürməsi ilə bağlı ABŞ prezidenti ilə dünya ölkələrinə müraciət edib.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, əvvəlcə dünya ölkələrinə xitab edən spiker “ABŞ başqa bir ölkənin beynəlxalq hava limanında  helikopter və qırıcılarla İran və İraqın yüksək vəzifəli şəxslərini öldürdü. Bu hadisə heç bir beynəlxalq qaydalara əməl etməməkdir”, – deyib.

Parlamentin spikeri Süleymaninin öldürülməsinin bölgə və dünyadakı qaydaları dəyişdirdiyini bəyan edib.

O, Süleymaninin Suriya, Livan və İraqda ABŞ qüvvələrinə qarşı hücum planı hazırlığında olması haqda amerikalı yetkililərin iddialarını da yalanlayıb: “Bu iddia yalandan başqa bir şey deyil. ABŞ xalqı və məclisi bunun bir terror cinayətinin üzərini örtmə çabasından başqa bir şey olmadığını bilməlidir”.

Daha sonra Laricani parlament tribunasından Trampa xitab edib: “Tramp, ABŞ əsgərlərini bölgədən çək”.

Strateq.az