İran ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq bu ölkə ilə nüvə sövdələşməsinə dair danışıqları “5+1” (Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin və ABŞ) formatında davam etdirməyə hazırdır.
“RİA Novosti” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.
“Bu, bizim ABŞ-la qarşılıqlı münasibətlərimiz üçün şərtdir. Bununla belə, generalla bağlı baş verənlərə cavab vermək lazımdır”, – deyə o, qeyd edib/Report.