XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2020 - 22:00

Stoltenberq NATO Şurasının fövqəladə iclasını çağırıb –İraqda vəziyyətlə bağlı

NATO-nun baş katibi Yens Stoltenberq İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili surətdə Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.

Bu barədə alyansın nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

İclas sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) nəzərdə tutulub. NATO-dan agentliyə bildirilib ki, toplantıda İran generalı Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində həlak olmasından sonra İraqda yaranmış vəziyyət müzakirə ediləcək. /Report