XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 22:17

Cavad Zərif Pakistan, Livan və Hindistanın XİN rəhbərləri ilə danışıqlar aparıb –Generalın öldürülməsi ilə bağlı

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zəriflə general Qasım Süleymaninin öldürülməsi fonunda Livanın xarici işlər naziri Gebran Basil, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Mahmud Qureşi və hindistanlı həmkarı Subramaniam Cayşankor arasında telefon danışığı olub.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İranın xarici siyasət idarəsi bildirib.

İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər general Qasım Süleymaninin öldürülməsi fonunda son regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Livanın və Pakistanın Xarici İşlər nazirliklərinin başçıları generalın həlak olması ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı veriblər/Report.