XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 09:00

Zoran Milanoviç prezident seçkilərinin qalibi olub –Xorvatiyada

Xorvatiya Dövlət Seçki Komissiyasının nəticələrinə görə, keçmiş Baş nazir Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Trend-in məlumatına görə, seçicilərin 52,7%-i Zoran Milanoviçə səs verib.

Məlumatda prezident seçkiləri zamanı 3,8 milyondan çox seçicidən təxminən 55 faizinin səs vermədə iştirak etdiyi bildirilir.

Xorvatiyada Prezident beş ildə bir dəfə seçilir.

Zoran Milanoviç 2011-ci ilin dekabrından 2016-cı ilin yanvarına qədər Xorvatiyanın Baş naziri vəzifəsini icra edib, 53 yaşı var.