XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 17:13

“Boeing” şirkəti 346 sərnişinin həlak olduğu təyyarə qəzalarının səbəbini açıqlayıb –Hesabat

ABŞ-ın “Boeing” şirkəti “737 Max” laynerlərinin tez-tez qəzaya uğramasının səbəbini açıqlayıb.

Bu barədə şirkətin dekabr ayında keçirdiyi daxili auditin nəticələri haqqında hesabatda məlumat verilib.

ABŞ Federal Aviasiya Administrasiyasının tələbi ilə keçirilən yoxlamada şirkətin bu sahəni bilən 3 ən yaxşı mütəxəssisi iştirak edib.

Sənəddə vurğulanıb ki, “737 Max”ın quyruğunun idarə edilməsinə kömək edən naqillərlə bağlı ehtimal olunan narahatlıq bundan öncəki hesabatlarda nəzərə alınmayıb. Mütəxəssislər hesab edirlər ki, bu naqillərin çox yaxın yerləşməsi nəticəsində kiçik qapalı dövriyyə yarana bilər. Bu isə pilotların qarşıya çıxan problemi düzgün qiymətləndirməməsi zamanı qəzaya səbəb ola bilər.

Şirkət bu iddianın tam təsdiqini tapacağı təqdirdə onun aradan qaldırılmasının heç də çətin olmayacağını, artıq “800 MAX” hava gəmilərində bu naqil paketlərinin ayrılacağını açıqlayıb.

Məlumata görə, “Boeing” ötən ay ABŞ Federal Aviasiya Administrasiyasını həmin məsələ ilə bağlı xəbərdar edib və ötən həftə isə daxili toplantı keçirərək mümkün dəyişikliyi müzakirə edib.

Şirkətin bundan sonra “737 NG” təyyarələrində də eyni təftişin həyata keçirə biləcəyi deyilir. Hazırda bu təyyarələrdən 6800-ü dünya ölkələri tərəfindən istifadə edilir.

Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda “Ethiopian Air” onlarla insanın ölümünə səbəb olub.

Şirkət təyyarələrin idarə edilməsi üçün istfadə edilən MCAS sistemində problemin olduğunu və 2019-cu ilin sonuna qədər həmin məsələlərin aradan qaldırılacağını açıqlayıb, amma açıqlanmayan səbəblərdən nasazlığın aradan qaldırılması yubanıb. (report)