XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2020 - 09:22

“Rusiya İraqın hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər” –İqor Korotçenko

“İraq Rusiyanın “S-400” raket sisteminin köməyi ilə hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər” .

Bunu Rusiya Müdafiə Nazirliyinin ictimai şurasının üzvü İqor Korotçenko deyib.

O bildirib ki, İraq hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın tərəfdaşıdır: “Rusiya Federasiyası İraqın suverenliyini və hava məkanının etibarlı müdafiəsini təmin etmək üçün lazımi vəsaiti, “S-400” raket kompleksini, o cümlədən “Bum-M3”, “Tor-M2” kimi digər hava hücumundan müdafiə sistemi komponentlərini tədarük edə bilər”. /APA