XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 12:00

“ABŞ -İran gərginliyinin davam etməsi maliyyə şoklarına səbəb ola bilər” –"Moody's"

ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük iqtisadi və maliyyə şoklarına səbəb ola bilər.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Perjessi deyib. O, bu iqtisadi şokların ciddi təsirlərinin ola biləcəyini qeyd edib.

Açıqlamada iki ölkə arasında davam edən gərginliyin iqtisadiyyatın ümumi görünüşünü poza biləcəyi, Orta Şərqdə yalnız neft və bank sektoruna deyil, turizm kimi sahələrə mənfi təsir edəcəyi vurğulanıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.