XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2020 - 23:25

ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələri yüksək döyüş hazırlığına gətirilib –İran isə raketlərinin yerlərini dəyişir

ABŞ qoşunları, bütün Yaxın Şərq regionundakı hava hücumuna qarşı müdafiə üzrə raket batareyaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə CNN telekanalı iki ABŞ məmuruna istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ hərbi qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi bununla bağlı ola bilər ki, ölkə kəşfiyyatı İranın pilotsuz təyyarələrini vurmağa hazırlaşır.

Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatı İran tərəfindən təhlükənin hansısa əlamətlərini qeydə alıb. İkinci mənbə əlavə edib ki, Yaxın Şərqdə ABŞ qüvvələri artıq “hücum təhlükəsi”nə hazırdır.

Telekanal qeyd edib ki, ABŞ kəşfiyyatı son bir neçə gün ərzində pilotsuz təyyarələr və ballistik raketlər də daxil olmaqla, İranın hərbi texnikasının yerdəyişməsini müşahidə edib. İran hərbçilərinin yerdəyişməsi öz silahlarını ABŞ-ın mümkün zərbəsindən qorumağa və ya hücum hazırlanmasına cəhd də ola bilər/Report.