ABŞ general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır.
“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.
“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, – Esper belə deyib.
Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb/APA.