XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 18:30

“İranla ABŞ arasında yaranmış gərginlik Gürcüstana mənfi təsir edəcək”- Vaxtanq Çaraya

İran ilə ABŞ arasında yaranmış gərginlik Yaxın Şərqdə iqtisadiyyatın geriləməsinə səbəb olacaq və son nəticədə Gürcüstana da mənfi təsir göstərəcək.

Bu fikirləri mətbuata açıqlamasında Tbilisi Dövlət Universitetinin Analiz və Proqnozlaşdırma Mərkəzinin direktoru Vaxtanq Çaraya deyib.

Onun sözlərinə görə, yaranmış gərginlik nəticəsində təkcə Gürcüstan üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün problemlər yaranacaq. Neftin qiymətinin artımı gözlənilirdi və artıq bu baş verib.

Mərkəzin direktoru deyib ki, bu gərginliyin fonunda yeni ticarət müharibəsi və yeni sanksiyalar gözlənilir. Bütün bunlar isə Gürcüstana birbaşa və dolayısı ilə ziyan vuracaq.

V.Çaraya bildirib: “Gürcüstan hər il İrandan gələn turistlərdən 100 milyon dollaradək gəlir əldə edir. Bu gərginlik nəticəsində Gürcüstan iranlı turistləri itirəcək. Eyni zamanda, İran ilə Gürcüstan arasında ticarət dövriyyəsi aşağı düşəcək. Ona görə ki, bu gün Gürcüstanın xarici ticarətində ixrac və idxalın 2 faizi İranın payına düşür. Çox böyük ehtimalla İran iş adamlarının Gürcüstana investisiya yatırımında da azalma olacaq”.