XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 19:23

“Hədəfimiz Türkiyəni qlobal enerji mərkəzlərindən birinə çevirməkdir”- Türkiyə Prezidenti

“Hədəfimiz Türkiyəni qlobal enerji mərkəzlərindən birinə çevirməkdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışında deyib.

O bildirib ki, Türkiyə qəti olaraq regionda gərginlik istəmir.

Türkiyə və Rusiya əməkdaşlığını nümunəvi adlandıran Ərdoğan TANAP layihəsindən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevə ehtiramını da ifadə edib.

“Bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə birgə TANAP-ın açılış mərasimində iştirak etdik. Layihənin ilkin mərhələsində TANAP vasitəsilə illik ötürücülük gücü 16 milyard kubmetr olan Azərbaycan təbii qazı Türkiyə və Avropaya nəql ediləcək. Qarşıdakı illərdə onun maksimum illik ötürücülük qabiliyyətini 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.