XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 20:16

Türkiyə və Rusiya prezidentləri birgə bəyanat yayıblar

Yanvarın 8-də İstanbulda keçirilən “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri birgə bəyanat yayıblar.

Azərtac xəbər verir ki, bəyanatı Türkiyənin və Rusiyanın Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov mətbuata təqdim ediblər.

Açıqlamada ABŞ və İran arasındakı gərginliyə toxunulub, hər iki ölkə tərəfləri mülayim və ehtiyatlı davranmağa, diplomatiyaya uyğun addımlar atmağa çağırılıb. Suriya ərazisində baş verənlərlə vağlı bütün suriyalılara ayrı-seçkilik etmədən, siyasiləşdirmədən və ön şərt olmadan humanitar yardımın artırılmasının vacibliyi vurğulanıb. Liviyadakı hadisələri, xüsusilə Tripoli ətrafındakı münaqişələrin artmasını böyük narahatlıqla izləndiyi bildirilib.

Qeyd edilib ki, Liviyada pisləşən vəziyyət böyük qonşu ölkələrin, bütün Aralıq dənizi bölgəsinin və Afrika qitəsinin təhlükəsizliyini və sabitliyini pozur, nizamsız miqrasiyaya, silahların daha da yayılmasına, terrorçuluq və digər cinayətkar əməliyyatlara, o cümlədən qanunsuz qaçaqmalçılığa səbəb olur.