XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2020 - 00:07

BMT-dən Trampın İranla bağlı açıqlamalarına reaksiya:"Alqışlayırıq"

BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır. 

TASS-ın verdiyi xəbərə görə bu barədə çərşənbə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç keçirdiyi brifinqdə bildirilib.

“Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik istənilən ifadəsini alqışlayırıq”, –  deyə Dujarriç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp televiziya vasitəsilə ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verib, bununla belə, İrana qarşı iqtisadi sanksiya tətbiq ediləcəyini söyləyib/APA.