XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 17:46

Rusiya XİN:"Terrorla mübarizədə ABŞ-la əməkdaşlığın dərinləşəcəyinə ümid edirik"

Rusiya terrorla mübarizədə ABŞ-la əməkdaşlığın dərinləşəcəyinə ümid edir.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sırmolotov bildirib.

Onun sözlərinə görə, terrorla mübarizədə ölkələr arasında əməkdaşlıq Rusiya-ABŞ münasibətlərində çox sayda problemlərin olmasına baxmayaraq, heç vaxt dayanmayıb.

“Bildiyiniz kimi, artıq birinci dəfə deyil ki, Rusiya və ABŞ xüsusi xidmət orqanları terrorçulara qarşı mübarizədə bir-birinə kömək edirlər. Xoşbəxtlikdən belə peşəkar və vicdanlı əməkdaşlıq heç vaxt dayanmayıb. Heç kimə sirr deyil ki, bir il əvvəl iki ölkənin rəhbərləri səviyyəsində terrorla mübarizdə Rusiya-ABŞ dialoquna başlanılıb.

Qeyd edim ki, bu dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılır. Bu dialoq çərçivəsində həyata keçirilən intensiv təmaslar təkcə Rusiya və ABŞ üçün deyil, dünyanın digər regionlarındakı təhlükələrin qiymətləndirilməsi barədə də müntəzəm fikir mübadiləsi aparmağa imkan verir. Vaşinqtonla qlobal təhlükəsizlik və hər kəsin həyatını qorumaq baxımından olduqca vacib olan beynəlxalq əməkdaşlıq sahəsində tərəfdaşlığın daha da dərinləşməsinə ümid edirik”, -deyə Rusiya XİN başçısının müavini qeyd edib/APA.