XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2020 - 22:02

BƏƏ yeni turist vizası tətbiq edir- Qaydalar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti yeni turist vizası tətbiq edir. 

Azərtac “Gulf News” portalına istinadla xəbər verir ki, yeni qaydaya görə, bundan sonra beşillik turist vizası alan əcnəbilər BƏƏ-nin şəhərlərində, o cümlədən Dubayda altı ay qala biləcəklər.

Hökumət rəsmiləri qeyd ediblər ki, yeni vizanın alınması əvvəlki qaydalarla həyata keçiriləcək.

Qeyd olunub ki, beşillik turist vizası çoxistifadəli olacaq və onun əldə edilməsi qaydaları barədə tezliklə rəsmi saytlarda müfəssəl məlumat veriləcək.

Hökumət hesab edir ki, ölkəyə turist axınının gücləndiyi bir şəraitdə bu cür yeniliklər həm rəsmi orqanların, həm də turistlərin işini asanlaşdıracaq.